Qonşularını 15 dəfə narahat edən şəxs evindən çıxarılacaq

12:10 05.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada evlərdə səs-küy salaraq qonşularını narahat edən şəxslərin eyni qayda pozuntusu 15 dəfə təkrarlanarsa, zorla evlərindən çıxarılması təklif edilir.

Hafta.az-ın yazdığına görə, Dövlət Dumasının sədr müavini Boris Çernışov baş nazirin müavini Marat Hüsnüllinə müraciət edərək mənzillə bağlı qaydaları tənzimləyən cinayət məcəlləsinə dəyişiklik təklifini irəli sürüb.

Çernışov daimi səs-küy salaraq qonşularını narahat edənlərə qarşı sərt cəzalar təklif edib.

Təklif qəbul olunarsa, qonşularını narahat etmələri ilə bağlı il ərzində 15 dəfə təhlükəsizlik qüvvələrinə məlumat verilmiş şəxslər evlərindən zorla çıxarılacaq.