Qozlukörpü yaşayış məntəqəsindəki fermada sursat anbarı aşkarlanıb -VİDEO

21:52 21.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.

Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.