Quantanamodakı ən məxfi “Lager 7” bloku bağlandı

11:14 05.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ hökuməti Quantanamo həbsxanasındakı ən təhlükəli şəxslərin saxlandığı “Lager 7”ni qapadıb.

Məlumatı “Assoşeyted Press” agentliyi yayıb.

Məlumata görə, giriş üçün qapalı olan blokda yerləşən bütün məhbuslar “Lager 5”ə köçürülüblər.

Qeyd edək ki, “Lager 7” 2006-cı ildə yaradılıb. O, Quantanamonun ən məxfi hissəsi olub.