Quba və Qusara qar yağıb

13:03 17.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın şimal bölgəsinə qar yağıb.

Hafta.az xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq, Quba və Qusar rayonlarına qar yağmağa başlayıb.

Hazırda Xınalıq, Qrız, Laza və digər yüksək dağlıq ərazilərdə qar yağması müşahidə olunur. Bölgənin digər yaşayış məntəqələrində isə yağış və sulu qar yağır.