Qubada 5 otaqlı ev yanıb

10:50 02.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada 5 otaqlı ev yanıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quba şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

"Yüksək temperaturdan bitişik sahəsi 30 m² olan talvarın lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd edilib.