Qubada bir neçə obyektdə yanğın olub

11:46 24.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Aşağı Atuc kəndində ümumi sahəsi 70 m² olan mağazanın yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan restoranın yanar konstruksiyaları 50 m² sahədə, bitişik ümumi sahəsi 10 m² olan köşkün içərisində çəlləklərə yığılan 500 litr benzin yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 60