Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluğa cəhd etməkdə şübhəli bilinən şəxsi cinayət başında yaxalayıblar.
Nazirliyin mətbuat xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, müraciət əsasında dərhal hərəkətə keçən Mühafizə Şöbəsinin polis əməkdaşları Xaçmaz rayon sakini Rəhman Rəhimovu hadisə yerində yaxalayıblar. O, ərzaq mağazasına qapını sındırma yolu ilə daxil olaraq oradan pul, eləcə də müxtəlif növ spirtli içkilər və ərzaq oğurlamağa cəhd edib. Həmin şəxs polis əməkdaşları tərəfindən Quba RPŞ-yə gətirilib.
Quba rayon məhkəməsinin qərarı ilə R.Rəhimov barəsində inzibati həbs qaydasında tənbeh növü seçilib.