Qubada silah-sursat aşkarlanıb

15:20 07.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən rayonun Qəşreş kəndi ərazisində Qudyalçay çayının sol sahilindən 1 ədəd əl qumbarası, 1 ədəd ov tüfəngi və 10 ədəd boş tüfəng gilizləri aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.