Qubada yol kənarından silah tapılıb

11:49 10.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada yol kənarından silah tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən, Quba şəhəri köhnə kərpic zavod adlanan ərazidə xidmətdə olduqları zaman yolun kənarından 1 ədəd "İJ" markalı qoşa lüləli ov silahı aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.