Qubadlıda silah-sursat aşkarlanıb

09:38 28.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayonun Aşağı Xocamusaqlı kəndi ərazisində 2 qumbaraatan, 1 pulemyot və xeyli sayda müxtəlif çaplı patronlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 113