Yazını böyüt
Yazını kiçilt
Qüdsdə bıçaqlı hücumda iki İsrail sərhəd polisi yaralanıb. Bu barədə hafta.az İsrail KİV-inə istinadən xəbər verir.
Hadisə Məbəd dağı yaxınlığında baş verib, araşdırmalara başlanılıb.
İlkin məlumata görə, hücum edən şəxs atışma zamanı bir zabiti ayağından bıçaqla yaralayıb. Mövcud təhlükə ilə əlaqədar olaraq bıçaqlı hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnərək öldürülüb. Hücum zamanı xəsarət alan hüquq-mühafizə orqanlarının əməkdaşlarına tibbi yardım göstərilib.
Məbəd dağındakı Dəmir Qapıya hücumun səbəbi hələlik dəqiqləşdirilməyib. Yerli nəşrlərin yazdığına görə, eyni zamanda, müqəddəs məkanın darvazaları hücumdan az sonra bağlanıb.