Qumar borcundan qurtulmaq üçün hiylə işlətdi, həbs olundu

11:02 14.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sinqapurda bir çinliyə qarşı qumar borclarından qurtulmaq üçün yalandan özünün oğurlandığına dair şou yaratdığı üçün iddianamə hazırlanıb.

Hafta.az-ın yazdığına görə, 33 yaşlı Liu Çangjian özünün oğurluğunu təşkil edib və Çində xalası Liu Ya Bodan 30 min yuan (təxminən 4,2 min dollar) fidyə almağa çalışıb.

Polis qüvvələri bildirib ki, Liu martın 1-də turist vizası ilə Sinqapura daxil olub və martın 6-da ölkəni tərk etməli idi, lakin bunu etməyib.

Araşdırma zamanı məlum olub ki, Liu şəhər-əyalətdə olduğu müddətdə 20 -30 min Sinqapur dolları arasında qumar borcu toplayıb.

Sinqapur polisi mətbuata açıqlamasında bildirib ki, Liu keçən həftə xalasına mesaj göndərərək özünü onu qaçıran cinayətkar kimi göstərib.

Məhkəmə sənədlərinə görə, Liu martın 7 və 8-də Marina Bay Sands kazinosunu ziyarət edib və burada planını həyata keçirib.

Çindəki xalası naməlum şəxsdən WeChat mesajı alıb. Müsajda Liunun azadlığa buraxılması üçün fidyə tələb edilib və onun şəxsiyyətini təsdiq edən sənədlər göndərilib.

Qadın Çində olan Liunun atasını təşvişə salıb. Ata martın 9-da Sinqapur Polis Qüvvələrinə (SPF) zəng edərək kömək istəyib. Polis departamenti araşdırmaya başladığını və polisin Liu tapmaq üçün "geniş axtarış və araşdırmalar" apardığını bildirib.

Atası hadisə barədə məlumat verdikdən sonra polis cəmi üç saat ərzində Marina Bay bölgəsində Liunu "təhlükəsiz" tapıb.

Saxlanılan Liu videobağlantı vasitəsilə məhkəməyə gələrkən cinayəti rədd edib.

Liu dələduzluğa cəhddə ittihamlanıb və günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs və ya çox böyük məbləğdə cərimə gözləyir.