Ramin Bayramlı TƏBİB-in əsas hədəfindən danışdı

12:46 02.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

TƏBİB ölkədə səhiyyə sahəsində transformasiyanın, islahatların həyata keçirilməsində mühüm rola malikdir. Tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması əsas hədəfimizdir.

Hafta.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.


R.Bayramlının sözlərinə görə, əksəriyyət TƏBİB-in sadəcə pandemiya ilə mübarizə üçün yaranmış qurum olduğu düşüncəsindədir:


“Ancaq pandemiya ilə mübarizə bəlkə də bizim fəaliyyətimizin kiçik bir hissəsidir. Əsas məqsədimiz ölkədə səhiyyə xidmətlərinin bütün sferalarının əlçatan olmasıdır. Səhiyyə xidmətləri bütövlükdə transformasiya olunmaqla növbəti mərhələyə hazırlanmalıdır. Ən mühüm hissəsi isə ilkin səhiyyə xidmətləridir. O ölkələr pandemiya ilə mübarizə apara bildilər ki, onların qoruyucu səhiyyə xidmətləri yaxşı inkişaf edib”.