Yazını böyüt
Yazını kiçilt
Bu gün Qaradağ Rayon Məhkəməsində qətl törətməkdə təqsirləndirilən meyxana ustası Rəşad Əmirovun (Dağlı) barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Hafta.az-ın məlumatına görə, hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Rəşad Dağlı barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, tanınmış meyxana ustası Rəşad Dağlı noyabrın 9-u, saat 05 radələrində Bakının Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi qətlə yetirib.