Restoranın altında 10-dan çox insanın qalıqları tapıldı

11:30 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

1990-cı illərdə öldüyü təxmin edilən 10-dan çox adamın qalıqları Moskvada keçmiş restoranın altında tapılıb.

Hafta.az-ın yazdığına görə, Moskvanın Setunski səmtində daha əvvəl “Qranatovıy sad” adlı restoranın yerləşdiyi yerdə söküntü-qazıntı prosesi zamanı 10-dan çox insanın qalıqları aşkar edilib.
Bildirilib ki, yeraltı kommunikasiya xətlərinin sökülməsi zamanı işçilər yerin 3,5 metr dərinliyində 10 insan kəllə sümüyü, 17 fəqərə, üç qabırğa, onlarla sümük və iki çənə aşkar ediblər.

Restoranın 2012-ci ildə istifadəyə verildiyi, əvvəllər bu məkanda dayanacaqlar və sənaye müəssisələrinin olduğu bildirilir.

Şəxsiyyəti məlum olmayan meyitlərin qalıqlarına baxış keçirilib.