İyunun 19-da 54-cü Paris Aviasiya Sərgisində ilk dəfə nümayiş olunacaq “Riyadh Air” təyyarəsi öz doğma şəhəri Ər-Riyad üzərində uçuş həyata keçirib.
Hafta.az-ın yazdığına görə, Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanında müasir və heyrətamiz rəngə boyanmış “Boeing 787-9 Dreamliner” təyyarəsi təqdim edilib.
Təyyarə KAFD, “Bulvar şəhəri” və bəzi əsas qüllələr də daxil olmaqla, Ər-Riyad siluetinin bir sıra görkəmli yerləri üzərində aşağı hündürlükdə uçub.
Təyyarə iyunun 19-da 54-cü Paris Aviasiya Sərgisində “Riyad Air”in qlobal auditoriyaya ilk nümayişinin bir hissəsi olaraq ictimaiyyətə təqdim olunacaq.
Yeni aviaşirkət dünya səyahətini yeni səviyyəli qonaq təcrübəsi və səyahət sənayesinin gələcəyinə öncülük edəcək texnologiya ilə yüksəldəcək.
“Riyad Air”, səkkiz saatlıq uçuş vaxtı ərzində paytaxtdan dünyanın 100-dən çox istiqaməti ilə əlaqə quracaq.
Bu ayın əvvəlində yeni aviaşirkət IATA-nın 79-cu İllik Ümumi Yığıncağında (AGM) aviaşirkətin təyinat kodu olaraq “RX” aldığını elan edib.