Roma Papası bu ölkəyə səfər edəcək

17:14 03.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Roma Papası Fransisk martın 5-də İraqa səfər edəcək.

Hafta.az-ın məlumatına görə, bu barədə Papa özü açıqlama verib.

“Allah qoysa, cümə günü İraqa üç günlük ziyarət səfərinə yollanacam. Uzun müddətdir ki, bu qədər əziyyət çəkən insanlarla görüşmək istəyirəm. İbrahimin torpağında digər dini liderlərlə birgə inanclı insanlar arasında qardaşlıq yolunda növbəti addım atacağıq”, - deyə Papa Fransisk bildirib.