Rövzət Qasımov: Seçki prosesi marafonunda MSK-ya yalnız bir şikayət daxil olub

16:33 11.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Seçki prosesi marafonunda Mərkəzi Seçki Komissiyasına (MSK) yalnız bir şikayət daxil olub.

Hafta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov fevralın 11-də prezident seçkilərinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib.

“MSK daxil olan müraciətlərə kifayət qədər həssas yanaşıb. “Qaynar xətt”ə 700-ə yaxın zəng daxil olub. Bunlardan 670-ə yaxını seçici siyahısı ilə bağlı olub. Hüquqi sənədlərlə bağlı 130 müraciət daxil olub və bu da aydınlaşdırma xarakteri daşıyıb”, - deyə o əlavə edib.