Ruben Vardanyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

12:16 28.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.

Hafta.az xəbər verir ki, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.