Yazını böyüt
Yazını kiçilt
Rusiya ordusunun əsgərlərindən biri Ukraynanın elan etdiyi pul mükafatı müqabilində öz tankı ilə təslim olub.
Hafta.az xəbər verir ki, Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv özünün Facebook hesabında adının Mişa olduğunu söylədiyi əsgərin yerdə uzanmış şəklini paylaşıb.
Görüş yerinə rus əsgərinin istifadə etdiyi tankla gəldiyini bildirən Andrusiv, avtomobilin ardınca pilotsuz uçuş aparatının gəldiyini də bildirdi.
Ukrayna rəsmisinin sözlərinə görə, Rus hərbçi onun tankdakı digər yoldaşlarının cəbhə xəttindən qaçdığını bildirib.
Ukrayna ordusu silahları ilə təslim olan rus əsgərlərinə 10 min dollar mükafat vəd etmişdi.