Rus əsgərləri ukraynalı qadına təcavüz etdi - CİNAYƏT İŞİ AÇILDI

11:08 24.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada qarşıdurma xəbərləri gəlməyə davam edərkən, işğalçı qoşunların ukraynalı qadınlara qarşı təcavüzdən müharibə aləti kimi istifadə etdiyi bildirilir.

Hafta.az xəbər verir ki, Ukraynanın baş prokuroru İrina Venicetova xəbərdən sonra ölkədə ilk rəsmi zorlama istintaqını açıb.

İngilis Daily Mail qəzetində yer alan xəbərə görə, Venicetova Kiyevin şərqindəki Brovaridə iki əsgərin qadına hücum etdiyini bildirib.

Ukraynanın baş prokuroru İrina Venicetova Kiyevin şərqində rus əsgərlərinin ərini öldürməsi və arvadına təcavüz etməsi xəbərindən sonra ölkədə ilk rəsmi zorlama istintaqını açıb.

Bildirilib ki, qadının ərini qətlə yetirən əsgərlərdən biri müəyyən edilib və hər yerdə axtarılır.

Venicetova əlavə edib ki, əsgərlər qadına cinsi təcavüz etdikdən sonra cütlük uşaqlarını silahla hədələyib.

1945-ci ildə Almaniyanın bir hissəsinin Sovetlər tərəfindən işğalına toxunan deputat Lesia Vasilenko aşağıdakı ifadələri işlədib:

“İkinci Dünya Müharibəsi zamanı Almaniyada iki milyon qadın ruslar tərəfindən zorlandı. Rusiya təcavüzdən yenidən müharibə vasitəsi kimi istifadə edir. Bu dəfə Ukraynada. Tarix təkrarlanır”.