Rusiya ton yarımlıq ağır sürüşmə bombası FAB-1500-M54-ün seriyalı istehsalına başlayıb. Bu bomba atəş zamanı 20 mərtəbəyə çata bilən alov topu effekti yaradır.
Hafta.az-ın “Bild news”a istinadən yazdığına görə, FAB-1500-M54-ün çəkisi 1550 kiloqram, partlayıcı miqdarı isə 675 kiloqramdır. Bu bomba Sovet KAB-1500-ün təkmilləşdirilmiş versiyasıdır və müharibə bölgələrində, xüsusən də Ukraynada istifadə olunur.
Rusiya aviasiya general-mayoru Sergey Lipovoy bəyan edib ki, FAB-1500 hava bombalarının əsas hədəfi Ukrayna Silahlı Qüvvələrinin obyektləri olacaq. Belə bombaların bu obyektləri təsirli şəkildə vura biləcəyini bildirən Lipovoy, FAB-1500-ün birləşmiş planlaşdırma və korreksiya moduluna malik olduğunu və yer hədəflərinə hücum etmək üçün istifadə oluna biləcəyini izah edib.
Hərbi ekspert Vasili Dandıkin sürüşən bombanın digər ekvivalentlərlə müqayisədə bir çox üstünlüklərə malik olduğunu vurğulayaraq, onun Su-34 qırıcı-bombardmançı təyyarələrində istifadəsinin ekipajı daha az təhlükə altına sala biləcəyini bildirib.