Rusiya 6 il ərzində 600-dən çox təyyarə istehsal edəcək

09:50 18.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sanksiyaların təsirini azaltmaq üçün Rusiya diqqətini təyyarə və mühərrik istehsalına yönəltməyə hazırlaşır. Baş nazir Mixail Mişustin yaxın 6 ildə 600-dən çox sərnişin təyyarəsinin istehsalının planlaşdırıldığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, bu məqsədlə Milli İnkişaf Fondunun resurslarından istifadə edilməsinin təklif olunduğunu bildirən Mişustin, ümumilikdə 280 milyard rubl investisiyanın nəzərdə tutulduğunu bildirib.

Rusiyanın sanksiyalar şəraitində yerli təyyarə parkını inkişaf etdirməsinin vacibliyinə diqqət çəkən Mişustin, Rusiya hava yollarının təyyarələrinin əksəriyyətinin SuperJets və MS-21-lər olacağını bildirib.

“Kommersant” qəzetinin məlumatına görə, 2023-cü ildə “Rosteh” yalnız bir Tu-214 təyyarəsinin istehsalını başa çatdırıb.