Rusiya uzun mənzilli radar aşkarlayan A-50 təyyarəsinin istehsalına yenidən başlayıb.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, Sovet İttifaqı dövründə məhdud sayda istehsal edilən və sonradan modernləşdirilən təyyarələrin bir hissəsi Ukrayna ilə müharibədə itirildikdən sonra Rusiyanın müdafiə sənayesi nəhəngi “Rostec” A-50 uzaq mənzilli radar aşkarlayan təyyarələrin istehsalına yenidən başladığını açıqlayıb.
“Rostec”in baş direktoru Sergey Çemyezov bildirib ki, bu təyyarələr təkcə Rusiya ordusu üçün deyil, həm də ixrac üçün lazımdır, ona görə də onlar modernləşdirilərək kütləvi istehsala buraxılacaq.
A-50U radar müşahidə təyyarəsi “Vega” şirkəti (Rostec dövlət şirkətinin Ruselectronics holdinqinin bir hissəsi) və G.M.Beriyev adına TANTK (Birləşmiş Təyyarə Korporasiyasının bir hissəsi) tərəfindən istehsal olunan A-50-nin modernləşdirilmiş versiyasıdır. Təyyarə, hava, böyük quru və dəniz hədəflərini aşkarlamaq, izləmək və müəyyən etmək, onlar haqqında komandanlıq mərkəzlərinə məlumat vermək, qırıcıları hava hədəflərinə, ön xətt təyyarələrini isə quru və dəniz hədəflərinə yönəltmək üçün nəzərdə tutulub.