Rusiya Avdeyevkanı işğal etsə, nə baş verəcək?

14:03 16.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Avdeyevka işğal olunarsa, Rusiya qoşunları sürətlə irəliləyib şəhərin qərbindəki böyük yaşayış məntəqələrini tuta bilməyəcəklər. Onun qoşunları çox böyük itkilər verib və yeni əraziləri ələ keçirmək üçün onlara uzun müddət bərpa və istirahət lazımdır”.

Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun(“ISW”) təhlilində belə deyilir.

Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, ruslar Avdeyevkanı ələ keçirmək üçün hücuma keçən ilin oktyabrında başlayıblar. Bununla belə, onlar aylarla davam edən piyada hücumlarından və böyük texnika və işçi qüvvəsi itkisi ilə müşayiət olunan kütləvi mexanikləşdirilmiş hücum dalğalarından sonra, yalnız bu yaxınlarda şəhərdə taktiki olaraq hərəkət etməyə başlayıblar.

Analitiklər Ukrayna Silahlı Qüvvələrini düşmənin də ələ keçirməyə çalışdığı Avdeyevka ətrafındakı yaşayış məntəqələri yaxınlığında yaradılmış yaxşı müdafiə istehkamlarına görə tərifləyiblər. Bu ərazidə ən yaxın nisbətən böyük yaşayış məntəqələri Avdievkadan ən azı 30 kilometr qərbdə yerləşir. Qeyd edildiyi kimi, ruslar sürətli mexanikləşdirilmiş irəliləyiş həyata keçirməyə və bu şəhər və kəndləri yaxın və ya hətta orta müddətli perspektivdə zəbt etməyə hazır olduqlarını nümayiş etdirmirlər...