Rusiyada yeni bir araşdırma zamanı ictimaiyyətə sual verilib: "Bu gün cəmiyyətdə hansı qruplar arasında münaqişə daha kəskindir?". Elmlər Akademiyası nəzdindəki Sosiologiya İnstitutunun sorğusuna verilən cavablarda Ukrayna ilə yanaşı, oliqarxlar məsələsi də ön plana çıxır.
Hafta.az-ın yazdığına görə, iştirakçıların 35,1 faizi bəyan edir ki, ən kəskin münaqişə “Rusiyanın Ukrayna siyasətini dəstəkləyən və ona qarşı çıxanlar” arasındadır.
Birdən çox variantın seçilə biləcəyi sorğuda ikinci cavab 31,5 faizlə “Oliqarxlarla cəmiyyət arasında”dır olub.
Ən kəskin qarşıdurmanın “hakimiyyətlə xalq” arasında olduğunu düşünənlərin nisbəti 21faizdir. 2005-ci ildə aparılan oxşar araşdırmada bu nisbət yüzdə 35 idi.
Digər tərəfdən, 2005-ci ildən 2023-cü ilə qədər “varlı-kasıb münaqişəsi” cavabını verənlərin nisbətinin 55 faizdən 26 faizə enməsi diqqət çəkib.