Yazını böyüt
Yazını kiçilt
Çin 2023-cü ilin ilk üç rübündə Rusiyaya 90 milyard dollarlıq məhsul ixrac edib.
Hafta.az-ın yazdığına görə, Çin gömrük məlumatlarını təqdim edən RBC qəzeti Rusiyaya avadanlıq satışının 43 faiz artdığını bildirib.
Çindən Rusiyaya ən çox satılan məhsullar buldozerlər, monitorlar və proyektorlardır. Xəbərə görə, təkcə bu üç maddə üzrə ticarətin həcmi 3,3 milyard dollardır.
Ən çox satılan məhsullar arasında kranlar, klapanlar, elektrik qızdırıcıları və buruqlar var.