Rusiya elektron döyüş sistemlərinin istehsalını 9 dəfə artırıb

10:24 06.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya müdafiə sənayesində istifadə olunan texnika və silahların istehsalını xeyli artırıb.

Hafta.az-ın yazdığına görə, baş nazir Mixail Mişustin Dövlət Dumasına hökumət hesabatında bildirib ki, Rusiya hərbi-sənaye kompleksində silah və hərbi texnika istehsalında əhəmiyyətli artım müşahidə olunub.

Bildirilib ki, xüsusilə 2023-cü ildə yeni avtomobillərin və zirehli texnikanın yığılması 3 dəfə, silah və sursat 7 dəfə artıb.

Rabitə və kəşfiyyat sistemlərinin və elektron döyüş sistemlərinin istehsalının 9 dəfə artdığı da vurğulanıb.

Mişustin bəyan edib ki, hərbi təyinatlı məhsulların istehsalı ilə yüzlərlə müəssisə, elmi-tədqiqat institutları və konstruktor büroları iştirak edir.

O, həmçinin yerli müdafiə sənayesi işçilərinə rus əsgərlər üçün lazım olan hər şeyin hazırlanmasında və istehsalında mühüm rol oynadıqlarına görə təşəkkürünü bildirib.