Rusiya guya Zalujnının müavininin bunkerini “vurdu” - Növbəti informasiya saxtakarlığı...

20:21 02.01.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyada Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı haqqında yeni saxta xəbər ortaya atılıb: Kiyevə raket hücumu zamanı guya onun müavininin “olduğu” bunkerin vurulduğunu deyirlər.

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Strateji Kommunikasiyalar Departamenti(“StratKom”) məlumat yayıb.

“Rusiya təbliğatçıları Kiyevə raket hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin baş komandan müavininin yerləşdiyi bunkerin iddia edilən vurulmasıyla bağlı “məlumat”ı fəal şəkildə yayırlar”, - xəbərdə belə deyilir.

“StratCom” vurğulayıb ki, bu cür bəyanatlar reallıqla heç bir əlaqəsi olmayan Rusiya dövlət təbliğatının növbəti saxta xəbərdir.