Rusiya Federasiyasının Müdafiə Nazirliyi (MN) “Vaqner” PMC-nin döyüşçülərinin aldadılıb cinayət avantürasına düşdüklərini bəyan edərək, onları silahlı üsyanda iştirakdan imtina etməyə çağırıb.
“Vaqner PMC hücum dəstələrinin döyüşçülərinə müraciət edirik. Siz Priqojinin kriminal macərasına və silahlı üsyanda iştiraka aldandınız. Bir neçə dəstədən olan bir çox yoldaşlarınız öz daimi dislokasiya məntəqələrinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəməklə öz səhvlərini artıq başa düşüblər.
Onlar vurğulayıblar ki, müraciət edən bütün döyüşçülərə və komandirlərə artıq hər cür köməklik göstərilib. "Sizdən ehtiyatlı olmanızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Biz hər kəsin təhlükəsizliyinə zəmanət veririk", - Müdafiə Nazirliyi vurğulayıb.