Rusiyada ölüm hökmünün bərpası ilə bağlı müzakirələr “Krokus” terrorundan sonra yenidən alovlanıb. Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin deyir ki, ölüm hökmünün dayandırılması barədə qərarın ləğvi üçün konstitusiya dəyişdirilməlidir. Dumanın sədri Vyaçeslav Volodin məsələnin araşdırılması üçün parlamentdə qrupları olan partiyaların iştirakı ilə komissiya yaradılmasını təklif edib.
Hafta.az-ın “Novye İzvestiya” portalına istinadən yazdığına görə, Rusiyanın dünyada ölüm hökmünü ləğv edən ilk ölkə olduğunu xatırladıb. Portal müəllifləri yazır ki, ölüm hökmü 1753-cü ildə İmperator Yelizavetanın dövründə ləğv edilib. Bununla belə, edam II Yekaterinanın dövründə yenidən tətbiq olunub.
Sovet İttifaqı dövründə ölüm hökmü ilk dəfə 1917-ci ildə ləğv edilsə də, bu qısamüddətli olub. Cəza 1918-ci ildə bərpa edilib. 1947-ci ildə Stalin cəzanı ləğv edib, lakin 1950-ci ildə elə Stalinin özü tərəfindən geri qaytarılıb.
Ölüm hökmünün tətbiqi sonuncu dəfə 1999-cu ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə qadağan edilib.
Vəkillər ölüm hökmünün hələ də qüvvədə olduğunu, lakin Ali Məhkəmənin qərarı ilə dayandırıldığını bildirirlər. Bəzi ekspertlərin fikrincə, məhkəmə yeni qərar çıxarsa, cəza bərpa oluna bilər.
“Novıe İzvestiya” yazır ki, Sovet İttifaqında edam edildikdən sonra reputasiyası dövlət tərəfindən bərpa edilən vətəndaşların sayı 400 min civarında olub.
Portalın məlumatına görə, Aleksandr Kravçenko adlı şəxs bu yaxınlarda məşhur seriya qatil Andrey Çikatilonun törətdiyi cinayətlərə görə səhvən edam edilib. Çikatilo daha sonra Kravçenkoya aid edilən cinayətə görə məsuliyyəti öz üzərinə götürüb.