Rusiya ordusu yeni pilotsuz təyyarələr aldı

15:52 25.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Müdafiə Nazirliyi “Kalaşnikov” konserni tərəfindən istehsal edilən “Kub” pilotsuz uçuş aparatlarının ilk partiyasını alıb. Bu barədə şirkətin rəhbəri Alan Luşnikov “Rossiya 24” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, bu, artan gücə malik döyüş başlığı olan, "faktiki olaraq yeni bir məhsul" olan bir sursatdır.

Sentyabr ayında Rostec, müdafiə müəssisələrinin Kub və Lancet sursatlarının istehsalını artıracağını bildirib.