Rusiyanın müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin sıralarında 37,5 mindən çox qadın hərbçinin olduğunu bildirib.
Hafta.az-ın yazdığına görə, Şoyqu əlavə edib ki, təxminən 270 min qadın hərbi təşkilatlarda və hərbi hissələrdə müxtəlif mülki vəzifələrdə çalışır.
Qarşıdan gələn 8 Mart bayramı ilə bağlı Rusiya müdafiə naziri qadınlara xidmətlərinə görə təşəkkürünü bildirib, ailələrinə cansağlığı və rifah arzulayaraq deyib: “Qadınların öz istedadlarını, bacarıqlarını nümayiş etdirə bilməyəcəyi elə bir peşə sahəsi qalmayıb. O cümlədən, ordu və donanma da istisna deyil”.
Rusiya Ukraynaya qarşı müharibədə qadın əsgərlərdən fəal istifadə edir. Ötən il Rusiya ordusundakı qadın əsgərlər Ukraynanın Sevastopola hücumunu yerüstü pilotsuz uçuş aparatları ilə dəf ediblər. Daha sonra onlar Dövlət Şücaət ordeni ilə təltif ediliblər.