Rusiya Pakistan və Çinlə neft ticarətini ancaq milli pulla aparır

11:00 19.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Pakistan və Çinlə neft ticarətinə dollardan yan keçərək yerli valyutalarla aparmağa başlayıb.

Hafta.az-ın yazdığına görə, Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib ki, Rusiya nefti Pakistana dost ölkələrin valyutaları müqabilində tədarük etməyə başlayıb və qiymətində də digər alıcılarla olduğu kimi, heç bir endirim edilməyib.

İlk partiyanın bu şəkildə təhvil verildiyini, tədarüklərin davam edəcəyini bildirən Şulqinov Rusiya maye qazı ilə bağlı danışıqların davam etdiyini, lakin qiymətlə bağlı hələlik razılığa gəlmədiklərini bildirib.

Digər tərəfdən, Çinin neft nəhəngi CNPC şirkəti  ilə də oxşar müqavilə bağlanıb.

Rusiyanın neft şirkəti “Rosneft”, Çin dövlət neft-qaz şirkəti CNPC ilə xammal ticarətində milli valyutalara keçdiklərini açıqlayıb.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda CNPC nümayəndə heyəti ilə görüşdən sonra “Rosneft” bəyan edib ki, CNPC ilə mövcud müqavilələrə əsasən neftin həcmi ildə 40 milyon tona çatıb və hazırda şirkətlər arasında xammal ödənişləri üçün milli valyutalardan istifadə olunur.