Rusiya hökuməti öz ixtisası xaricində işləyən əcnəbilərin ölkəni tərk etmələrini tələb edən yeni qanun layihəsi hazırlayır.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, bu müraciət yalnız “orqnabor” adlı hökumətlərarası proqramlar çərçivəsində gələn əcnəbiləri əhatə edəcək.
Rusiyanın hazırda yalnız Özbəkistan və Tacikistan hökumətləri ilə “orqnabor” sazişi var. FTX-nın məlumatına görə, 2023-cü ilin birinci rübündə iki ölkədən Rusiyaya işləmək üçün gələnlərin sayı 1,3 milyon civarındadır.
Qəzet yazıb ki, müvafiq layihə hökumətin göstərişinə uyğun olaraq Əmək Nazirliyi tərəfindən hazırlanıb. Qanun layihəsinə görə, Rusiyaya tikintidə işləmək üçün gələn, lakin kuryer işləyən xarici vətəndaşlardan 15 gün ərzində ölkəni tərk etmələri tələb olunacaq. Eyni sektorda olsalar belə, proqram çərçivəsində müqavilə bağladıqları şirkətdən başqa bir şirkətlə işləyən işçilər də deportasiya edilə bilər.
Bildirilir ki, Dövlət Duması qanun layihəsini dəstəkləyəcək, lakin praktikanın bütün əcnəbiləri əhatə edəcək şəkildə genişləndirilməsi istiqamətində mövqe tutacaq.