Rusiya qırıcıları Ermənistanda gecə-gündüz hərbi təlimləri keçirdi

11:47 11.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Cənub Hərbi Dairəsinin “MiQ-29” və  “Su-30SM” qırıcılarının pilotları Ermənistanda gecə-gündüz təlim uçuşları həyata keçirib.

Hafta.az xəbər verir ki, bu barədə dairənin mətbuat xidmətindən bildirilib. 

Pilotlar uçuş və eniş, cüt həlqələrin qarşılıqlı əlaqəsi, sürətli hədəflərin axtarışı və tutulması üzrə işləyiblər. 

Heyətlər həmçinin İrəvanın Erebuni hava limanında düşmənin simulyasiya edilmiş təyyarəsinə təcili eniş etdirib.

Hərbi qulluqçular mühərriklərdən birinin nasazlığı zamanı təyyarənin təcili enişi, həmçinin uçuş-enmə zolağının qismən dağılması ilə məhdud ərazidə enişi işləyiblər.