“Səfirin dediyi kimi, sülhməramlı kontingentin rolu dəyişsə də, prinsip etibarilə ərazidə mövcuddurlar və vaxtından əvvəl getmələri ilə bağlı məsələ yoxdur. Rusiya sülhməramlı qüvvələri 2025-ci ilə qədər öz funksiyasını davam etdirəcək.”
Bunu hafta.az-a hərbi ekspert Şair Ramaldanov Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti ilə danışıqların növbəti raundu və rollarının dəyişməsi ilə bağlı açıqlamasında bildirib.
Ş.Ramaldanov bildirib ki, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edəndən sonra bölgədə qarşı-qarşıya dayanan tərəflər olmadığına görə sülhməramlıların da fəaliyyət missiyası dəyişir.
“Üçtərəfli sazişə əsasən sülhməramlılar 2025-ci ilə qədər bölgədə qalmalıdır. Amma rollar dəyişib. Azərbaycan ərazilərini tərk edən ermənilər Azərbaycan vətəndaşlığını, qanunlarını qəbul edərlərsə, geriyə qayıda bilərlər. O zamana qədər onlar burada qalıb ermənilərin mənzillərini, mülklərini qorumaq üçün Azərbaycanın aidiyyatı qurumları ilə birgə işləyə bilərlər”.