Rusiya “sülhməramlı”larının “Kamaz”ı yolda alışdı

15:05 15.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu gün, dekabrın 15-də  Zəngəzurun “Ermənistanın Sünik vilayəti” adlanan hissəsində fövqəladə hadisə baş verib.

Hafta.az xəbər verir ki, Shamshyan.com--in məlumatına görə, saat 10:50 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin 9-11 Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə İrəvan-Meğri yolunun magistral Sisian(Qarakilsə)-Spandaryan(Məliklər) hissəsində “Kamaz” markalı yük maşınının yanıb-sönməsi barədə xəbərdarlıq daxil olub..

Xəbərdə deyilir ki, yanğın Rusiya Federasiyasının sülhməramlılarına məxsus “Kamaz” markalı avtomobildə baş verib. Məlumata görə, avtomobilə silah-sursat yüklənib. 

1 nəfərin xəstəxanaya çatdırıldığı bildirilir.