Rusiya tankları keçid zamanı pusquya salınaraq məhv edildi -VİDEO

10:10 29.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynanın şəhər və kəndlərini viran qoyaraq, irəliləməkdə davam edir.

Hafta.az-ın yazdığına görə, yeni ərazilər zəbt etmək istəyən rus zirehli döyüş maşınlarından ibarət konvoy Ukrayna ordusu tərəfindən pusquya salınaraq məhv edilib. 

Hücum zamanı konvoyda neçə düşmən texnikasının məhv edilməsi və neçə əsgərin öldürülməsi haqda məlumat açıqlanmayıb. 

Bu arada qeyd edək ki, Rusiya son günlər daha çox itki verməkdədir. Ukrayna Müdafiə Nazirliyinin dünənə olan məlumatında deyilir ki, 33 gün ərzində 17200 rus hərbçi öldürülüb. Bundan başqa, Rusiya ordusuna aid 597 tank, 1710 zirehli texnika, 303 top sistemi, 97 çoxlüləli raket qurğusu, 54 hava hücumundan müdafiə sistemi, 127 döyüş təyyarəsi, 129 helikopter, 66 İHA, 1150 hərbi avtomobil, 73 yanacaq daşıyan tanker, 7 gəmi, 21 xüsusi hərbi texniki vasitə və 4 taktik əməliyyat raket qurğusu məhv edilib. Ukraynalıların əsir götürdüyü rus hərbçilərin sayı isə mini ötüb.