Rusiya-Ukrayna danışıqlarının iştirakçısı qətlə yetirilib

17:00 05.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarus ərazisində Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak etmiş Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev Kiyevdə güllələnib.

Hafta.az-ın "Ukrainskaya Pravda"ya istinadən xəbərinə görə, dövlətə xəyanətdə şübhəli bilinən Kireyev Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılarkən güllələnib.

Onun artıq öldüyü bildirilir.

Siyasi dairələrdəki mənbələr bildirib ki, Təhlükəsizlik Xidmətində telefon danışıqları da daxil olmaqla, Kireyevin xəyanətinə dair aydın sübutlar olub.