Yazını böyüt
Yazını kiçilt
Ukraynanın müdafiə qüvvələri İzyum şəhəri yaxınlığında Rusiya təyyarəsini vurub və Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücum əməliyyatını uğurla davam etdirir.
Hafta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat yayıb.
O bildirib ki, İzyum istiqamətində döyüşlər indi də davam edir: "Bu gün Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri İzyum vilayətində Rusiyaya məxsus “Su-34” qırıcısını məhv edib".