Rusiya Ukraynanın itkilərini açıqlayıb

11:20 27.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya hərbçilərinin mənəvi-psixoloji durumu aşağı olaraq qalır. Ukrayna müdafiəçiləri sutka ərzində düşmənin 1 təyyarəsini, 8 tankını, 11 zirehli avtomobilini, 12 PUA, 2 raket və minaatanlarını məhv edib.

 

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.

 

"Donetsk və Luqansk istiqamətlərində Birləşmiş Qüvvələr düşmənin 7 hücumunu dəf edib. Ukrayna əsgərləri düşmənin 8 tankını, 8 zirehli və 3 texnikasını, bir minaatanını məhv edib", - Baş Qərargah bildirib.

 

Qeyd olunub ki, Rusiya qoşunlarının canlı qüvvə itkisi dəqiqləşdirilir.