Rusiyada 30-39 yaşlı qadınların sayı 34 faiz azalacaq

12:50 31.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Əmək və Sosial Müdafiə Nazirliyi 2030-cu ilə qədər 30-39 yaş qrupunda qadınların sayının 33,8 faiz azalacağını proqnozlaşdırıb.

Hafta.az-ın yazdığına görə, Rusiya agentliklərinin məlumatına əsasən, mövzu ilə bağlı qiymətləndirmə aparan əmək nazirinin müavini Olqa Batalina 2030-cu ilə qədər 30-39 yaş qrupunda qadınların sayının 12 milyondan 7,9 milyona düşəcəyini təxmin edib.

Adətən 30-39 yaş arası qadınların ikinci və üçüncü övladlarını dünyaya gətirdiyini deyən nazir müavini ölkədə doğuşların 48 faizinin bu yaş qrupunda olan qadınlar tərəfindən həyata keçirildiyi barədə məlumatı çatdırıb.

Batalina 2030-cu ilə qədər ölkədə 20-29 yaş qrupunda olan qadınların sayının 7,2 milyondan 7,9 milyona (9,7 faiz) yüksələcəyini də əlavə edib.