Yazını böyüt
Yazını kiçilt
Rusiya prezidenti Vladimir Putin bildirib ki, xüsusi hərbi əməliyyat çərçivəsində səfərbər olunanların əksəriyyəti hazırda təlim keçir. Bu barədə “İnterfaks” xəbər verir.
“300 min səfərbər edilib. 318 minimiz var. Niyə 318? Çünki könüllülər var. Könüllülərin sayı azalmır. Bunların qırx doqquz mini, məncə, artıq ordudadır, döyüş tapşırığını yerinə yetirir. Qalan hər kəs hələ də hazırlaşır”, - Putin Milli Birlik Günündə könüllülərlə söhbəti zamanı deyib.
Daha əvvəl müdafiə naziri Sergey Şoyqu bildirib ki, qismən səfərbərlik çərçivəsində 300 mindən çox adam çağırılıb, 87 min nəfər xüsusi hərbi əməliyyatın tapşırıqlarının yerinə yetirildiyi döyüş bölgələrinə göndərilib.