Rusiyada 6,5 ​​milyon insanın ölkədən çıxışına qadağa qoyulub

09:25 09.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada borclarına görə ölkədən çıxışına qadağa qoyulanların sayı 6,5 milyon nəfərə yüksəlib. Federal Mühafizə Xidmətinin açıqladığı məlumatlara istinad edən RBC qəzeti bu rəqəmin əvvəlki ilə nisbətən 41 faiz artdığını yazır.

Hafta.az-ın yazdığına görə, Rusiyada borclular üçün 6 ay müddətinə müvəqqəti çıxış qadağası ilə bağlı qərarlar qəbul edilir.

RBC çıxış qadağasına məruz qalanlar arasında aliment borcu olanların nisbətinin azaldığını qeyd edib. Beş il əvvəl 18,1 faiz olaraq hesablanan bu nisbət 2023-cü ilin sonunda 6,4 faizə enib.

Alimentlə yanaşı, kredit borcunu ödəməyənlərin də ölkədən çıxışına qadağa qoyula bilər. Bununla belə, aliment üçün qadağaya məruz qalan borc limiti 10 min rubl, kredit borcları üçün isə 30 min rubl təşkil edir.