“Rosstat”ın məlumatlarına əsaslanan aparılan araşdırmaya görə, Rusiyada vergilər xaric ayda 1 milyon rubldan çox maaş alanların sayı 24500-dür.
Hafta.az-ın “FinExpertiza” rəsmi statistika agentliyinə istinadən yazdığına görə, bu indiki məzənnə ilə təxminən 11 min dollara bərabərdir.
Araşdırmalara görə, sözügedən “milyonçuların” yarıdan çoxu - 14700-ü Moskva şəhərində yaşayır.
Tipik olaraq, bu yüksək maaşlı mütəxəssislər pərakəndə satış, istehsal və maliyyə sənayelərində işləyirlər.
Ümumilikdə, iki il ərzində 1 milyon rubldan çox qazanan insanların sayı 43 faiz artıb. Moskvadan sonra Sankt-Peterburq şəhəri 1995 nəfərlə ikinci yerdədir. Üçüncü yerdə isə 1440 nəfərlə Moskva vilayəti gəlir.
1 milyon rubldan çox qazananların 4300 nəfəri topdan və pərakəndə ticarətdə, emal sənayesində 3970 nəfər, maliyyə və sığorta sahəsində 3660 nəfər, hüquq, məsləhətçilik, mühəndis-texniki layihələndirmə, elmi tədqiqat və təkmilləşdirmə 3180 nəfər, İT və telekommunikasiya, televiziya və radio, nəşriyyat sahələrində isə 2500 nəfər var.