Yazını böyüt
Yazını kiçilt
Tambov vilayətinin Kotovsk şəhərində barıt zavodunda baş verən yanğında 16 nəfər xəsarət alıb, 4 nəfər ölüb. Bu barədə RİA Novosti-yə fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.
“Yenilənmiş məlumata görə, Kotovskdakı barıt zavodunda qurbanların sayı 16 nəfərə çatıb, onlardan 4-ü dünyasını dəyişib”, - məlumatda deyilir.
Bundan əvvəl Kotovsk şəhərindəki Tambov barıt zavodunda baş verən yanğında ilkin məlumatlara görə 4 nəfərin öldüyü, daha iki nəfərin yaralandığı bildirilirdi. Eyni zamanda “112” Telegram kanalı beş nəfərin öldüyünü bildirir. Portalın məlumatına görə, partlayış sexdə baş verib, daha sonra yanğın başlayıb.