Rusiyada bir gündə 3 jurnalist həbs edildi - BU SƏBƏBƏ GÖRƏ - VİDEO

18:49 14.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyada birdən-birə üç jurnalist və bloqqer saxlanılıb - Moskva vilayətində, Xakasiyada və Elistada. Hər üç şəxs Rusiya silahlı qüvvələri haqqında “feyk yaymaq” maddəsi ilə (Cinayət Məcəlləsinin 207.3) cinayət məsuliyyətinə cəlb edilib.

Moskva vilayətində Altayda çıxan “Listok” qəzetinin təsisçisi Sergey Mixaylov saxlanılıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları xakasca nəşr olunan “New Focus”un baş redaktoru Mixail Afanasyevin yanına gəliblər. Nəhayət, FSB öz Telegram kanalında Rusiya ordusu ilə bağlı reportajlar yayımlayan Elista administrasiyasının rəsmisinin həbs olunduğunu bildirib.