Rusiyada üç yaşına qədər yeni doğulmuş uşaq üçün çəkilən xərclərin 1,5 milyon rubldan (16300 dollar) çox olduğu təxmin edilirdi. Bu məbləğ orta aylıq əməkhaqqına uyğundur.
Hafta.az-ın yazdığına görə, Rusiyada 2023-cü ildə orta əməkhaqqı 40400 rubl olaraq açıqlanıb. İşləyən əhalinin yarısı orta hesabdan aşağı, yarısı isə yuxarı maaş alır.
Yekaterinburqda apardığı araşdırmaya istinadən “Nezavisimaya qazeta” bu göstəricinin ABŞ-ın göstəricisinə yaxın olduğunu, lakin ABŞ-da Rusiyadan fərqli olaraq əhali probleminin olmadığını bildirir. Nəşr qeyd edib ki, federal büdcədən ildə 1 trilyon rubl ayrılması ölkədəki bütün uşaqların qayğısına qalmaq üçün kifayətdir.
“Rosstat” 2023-cü ildə Rusiyada yeni doğulan uşaqların sayının ötən illə müqayisədə 3 faiz azalacağını açıqlayıb.