Rusiyada bu il ölənlərin sayı 2,5 milyona yaxınlaşır

18:25 02.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Rusiyada son bir ildə vəfat edənlərin sayı 2,4 milyon nəfəri ötüb.
Hafta.az-ın yazdığına görə, yeni doğulanlara və xaricdən gələnlərə rəğmən, ölkə əhalisi təxminən 1 milyon nəfər azalıb. "Vedomosti" qəzetinin yazdığına görə, II Dünya müharibəsindən bu yana ən yüksək illik ölüm halı qeydə alınıb. 
Rusiya hökumətinin əhalinin 2024-cü ilədək sayına dair apardığı hesablamada bildiirlir ki, bu il hər 1000 nəfərə düşən ölüm sayısı 15,6, yeni doğulanların sayı isə 6,4 nəfər olub. Mütəxəssislərin qənaətincə, 2021-ci il başa çatanadək il ərzində ölənlərin sayının 2 milyon 450 min nəfəri ötəcək. Yeni doğulanları nəzərə alsaq, bu ümumilikdə ölkə əhalisinin 1,1 milyon nəfərədək azalacağı deməkdir. 
 
Ölüm faizini yüksəldən ən böyük faktın koronavirus olduğu qeyd edilir. Eyni zamanda, qlobal istiləşmə səbəbindən yay aylarından aşırı istilərə dözməyib dünyasını dəyişənlərin sayında da ciddi artım olduğu biuldirilir.
Oxunma sayı 381